MƏDƏNİYYƏT - ŞOU

İş adamı ilə evli olan məşhurun əmlakı müsadirə edildi - Xaricə çıxışına stop qoyuldu

Xəbər verdiyimiz kimi, bir neçə güm öncə  Türkiyənin Ataşehir vilayətində naməlum şəxs və ya şəxslər sosial media fenomeni Dilan Polatın əri, iş adamı Engin Polata məxsus gözəllik mərkəzinə atəş açıb.

İş yerlərinə edilən hücumla gündəmə gələn və "vergidən yayınma" iddiaları ilə tanınan Dilan Polat və əri Engin Polatın bütün mal varlıqları müsadirə edilib. 
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, bundan əlavə, Polat cütlüyünə səyahət qadağası qoyulub.

Bundan başqa, onun birinci və ikinci dərəcəli qohumlarının da əmlakı müsadirə edilib. Xaricə çıxışı da qadağan edilən cütlüklə bağlı Maliyyə Cinayətlərini İstintaq Şurasının (MASAK) hesabatı da üzə çıxıb. Hesabatda şirkətlər arasında şübhəli münasibətlərin olduğu və neylon hesab-fakturalar verməklə vergi bazasını azaltmağa çalışdıqları da qeyd olunub.

Ayxan

Oxşar Xəbərlər