MƏDƏNİYYƏT - ŞOU

Müsəlman olmadığını deyən Muraddan AÇIQLAMA

Müğənni Murad Arif "Mən müsəlman deyiləm" açıqlamasından sonra tənqid olunması ilə bağlı açıqlama yayıb. 

"32gun.az" xəbər verir ki, ifaçı ona "iblis" deyənlərə belə cavab verib: 

"Mənə ateist, şeytan, iblis, kafir deyənlər,

Siz heç bilirsinizmi, mənim Allaha, Yaradana, Uca Tanrıya sevgim nə qədərdir?!

Siz əminsiniz ki, məndən yaxşı insansınız və məndən çox xeyirxahsınız? Mən məgər sizin inancınıza qarışırammı? Mən məgər sizə ağıl öyrədib, yol göstərirəmmi? Mən məgər sizi qınadımmı? Niyə kimsənin azad düşüncəsinə bu qədər dözümsüzsünüz? Söhbət açılıbsa, birdəfəlik söyləyirəm, bilin!

Allaha inanıram və onu sevirəm.

Sadəcə olaraq mən bu inancı, bu sevgini heç bir dində və heç bir qeyri dildə ifadə etmirəm. Namaz qılmır, oruc tutmur, müqəddəs kitablardan dualar, cümlələr əzbərləmirəm.

Lakin, gecə gündüz Onunla danışır, Onu hiss edir, Ona hesabat verirəm... Bunun, bu həyat tərzinin nə Xristianlıq, nə İslam, nə Buddizm nə də Iudaizmə aidiyyatı yox.

Bu yalnız mənim və Allahın arasında olan bağ, sevgi və ünsiyyətdir.

Özünüzü suçsuz, günahsız və qüsursuz deyilsinizsə, susun və qınamayın". 

***22:51

Nə müsəlman, nə də xristianam. Müsəlman ailədə doğulub böyümüşəm. Ətrafımda da ibadət edən adamları görürəm. Analyıram ki, heç bir dinə aid deyiləm”.

"32gun.az" xəbər verir ki,  bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində müğənni Murad Arif deyib. 

O, “YouTube” da yayımlanan “Popumuz var” layihəsinə dəvət etdiyi qonaqları necə seçməsi barədə də danışıb:

“Elə qonaqlar olub ki, yazılan rəylərin əsasında çağırmışam. Elələri də var ki, özümə maraqlıdır deyə. Meyxanaçı qonağım isə olmayıb. Sağlığında Vüqar Biləcərini dəvət etmək istəyirdim. Başqa birini çağırmalı oldum. Bu məsələni ertələdim və Vüqar dünyasını dəyişdi”.

Müğənni verilişin aparıcısı Kamran Ağabalayevin “Demokratiya, diktatura, yoxsa heç biri” sualına cavab verərkən deyib:

“Mədəni və intellektual səviyyəsini yetişdirmədiyin cəmiyyət üçün demokratiya təhlükəlidir. Bəziləri kökə ilə, bəziləri şallaqla anlayır”.


 

Oxşar Xəbərlər