MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Məşhur reper müsahibə zamanı silahını çıxarıb
Musiqiçi Kid Rok jurnalistlə söhbəti zamanı silah çıxarıb.
32gun.az xəbər verir ki, 53 yaşlı musiqiçi ilə müsahibəni “Rolling Stone” nəşri dərc edib .
Jurnalist Devid Paisner musiqiçinin ABŞ prezidentliyinə namizəd Donald Trampı dəstəkləməsi ilə bağlı məqalə hazırlamaq çərçivəsində Kid Roku evində ziyarət edib . Müsahibin sözlərinə görə, söhbətin əvvəlində aktrisa Pamela Andersonun keçmiş əri ağ şərab içib, sonra viskiyə keçib və tez sərxoş olub.
Peisner yazıb: "O, stulunun arxasına söykəndi, qara tapança çıxardı və ətrafında yelləyərək fikrini bildirməyə başladı".
Peisnerin sözlərinə görə, Kid Rok Trampa zəng vuracağına söz verib, irqçi fikirləri bölüşüb və sonda onu gecələməyə dəvət edib.
Nilay