MƏDƏNİYYƏT - ŞOU
Gəncədə Konsertə hazırlaşan Rafet El Roman Azərbaycanlılara səsləndi (VİDEO)
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Rafet El Roman Gəncənin qonağı olacaq. Rafet 19 oktyabrda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konset verəcək.
Rafet bununla bağlı olaraq sosial şəbəkədə azərbaycanlı pərəstişkarlarına müraciət edərək, hər kəsi konsertə dəvət edib. Türkiyəli ifaçı Gəncəyə böyük orkestrı ilə birlikdə gələcək. O, gecədə sevilən mahnıları ilə yanaşı yeni bəstələr də səsləndirəcək.
Konsertə biletlərin qiyməti 50-100 manatadır.
Xatırladaq ki, Konsertin təşkilatçısı iş adamı Emin Hüseynovdur.
Nilay