MƏDƏNİYYƏT - ŞOU
Rəqsanə İsmayılova: "Həyat yoldaşım ilə pulu göndərəcəm" - VİDEO
Rəqsanə İsmayılova xeyirxah addımı ilə diqqət çəkib.
Müğənni bir neçə gündür "Bizimləsən" proqramında hər kəsin maddi dəstək olduğu SMA xəstəsi Amirə yardım edəcəyini deyib.
İsmayılova Moskvadan canlı yayıma bağlanaraq həyat yoldaşı Fazil bəydən Amir üçün pul göndərəcəyini açıqlayıb.
Qeyd edək ki, bir neçə gündür ki, Zaur Baxşəliyevin təqdimatında yayımlanan “Bizimləsən” verilişində SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün ianə toplanılır. Onun sağalması üçün ona vurulmalı olan “Zolgensma” iynəsinin qiyməti 3 milyon 740 min manatdır. Hazırda məbləğin 439 min manatı yığılıb.
Ətraflı videoda: (BAKU.WS)