MƏDƏNİYYƏT - ŞOU

Xalq artistindən qalmaqallı sözlərə reaksiya: "Sənin canın üçün..."

Müğənni Kərim Abbasovun boşanan qadınlarla bağlı dediyi qalmaqallı sözlərə Xalq artisti Alim Qasımov özünəməxsus reaksiya verib. 

32gun.az Lent.az-a istinadən xəbər verir ki, xanəndə sosial şəbəkədə Kərimin videosuna şərh yazıb. 

"Sənin canın üçün kişinin xanımı qaçmaz sənin kimilərdən..." - Alim Qasımov şərhdə qeyd edib.

Qeyd edək ki, Kərim "Kişi gedib ikinci dəfə evlənəcək, ay yazıq qadın, sən nə edəcəksən? Gedib boşanacaqsan, uşaqla qalacaqsan evin bir küçündə. Bəlkə ərə gedəcəksən, o da bilinmir, uşaqla kimdir səni alan? Ya da aliment alacaqsan, oturacaqsan evdə tək. Boşandın, bitdi" - sözlərinə görə sosial şəbəkələrdə xeyli tənqid olunmuşdu.

Oxşar Xəbərlər