EKONOMİKS
Gənclər və İdman Nazirliyi 20 manatlıq şirkəti 252 min AZN-lik TENDERDƏ QALİB ETDİ
Gənclər və İdman Nazirliyi "Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev kuçəsi, 68 (E.Xəlilov,37 yeni ünvan) ünvanında yerləşən Respublika Olimpiya İdman Liseyinin yenidən qurulması və əsaslı təmiri işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması" bağlı keçirdiyi tenderin qalibini elan edib.
32gun.az-ın məlumatına görə, nazirliyin sözügedən tenderinin qalibi "AT VƏ S" MMC-dir.
"AT VƏ S" MMC-yə bu tenderə görə Gənclər və İdman Nazirliyi tərəfindən 252.500 AZN ödəniləcək.
Bildirək ki, "AT VƏ S" MMC-nin qanuni təmsilçisiMuxtarov Mahir Eminağa oğludur. Şirkətin nizamnamə kapitalı isə 20 manatdır.
Ayxan