Moskva festivalında Sokurovun filminin nümayişi ləğv edildi
Karo.Art” beynəlxalq festivalında Rejissor Aleksandr Sokurovun “Nağıl” filminin nümayişinə qadağan edilib.
32gun.az xəbər verir ki, bu barədə rejissorun özünün "telegram" kanalında məlumat verib.
"Bizə indicə Moskvadan mesaj gəldi: Mədəniyyət Nazirliyi oktyabrın 15-də Moskvada "Karo.Art" beynəlxalq festivalında "Nağıl" filminin nümayişinə qadağa qoyub. İndi məlumat öyrənməyə çalışırıq" - deyə açıqlamada qeyd edilib.
Festivalın təşkilatçıları TASS-a əlavə açıqlama verməkdən imtina edərək şounun ləğvini təsdiqləyiblər.
Daha sonra Karo.Art layihəsinin rəsmi Telegram kanalında “Nağıl”ın bazar günü nümayişinin ləğvi ilə bağlı mesaj yayılıb:
“Üzr istəyirik və sizə bildiririk ki, alınmış biletlər üçün vəsait 30 iş gününə qədər avtomatik olaraq bank kartlarına qaytarılacaq”.
Qeyd edək ki, "Nağıl" II Dünya Müharibəsi hadisələrini fantastik şəkildə izah edən Rusiya-Belçika filmidir. Burada İosif Stalin, Uinston Çörçill, Adolf Hitler, Benito Mussolini və Napoleon Bonapartın texniki animasiya vasitələrindən istifadə etməklə kinoxronika əsasında qurulmuş şəkilləri təqdim olunur.
Filmin dünya premyerası 2022-ci ilin avqustunda İsveçrədəki Lokarno Film Festivalında baş tutub. Rusiyada nümayişlər 2023-cü ilin yayında Sankt-Peterburqda keçirilən "İntonasiya nümunəsi" Birinci Beynəlxalq Film Festivalında və Voloqdadakı "Səslər" adlı gənc film festivalında baş tutub.
Ayxan