“Kainat gözəli” dövlətə xəyanətdə şübhəli bilinir
Nikaraquanın ən gözəl qızı və "Miss Universe" (Kainat gözəli) titulunun qalibi qalmaqalın mərkəzində özünü tapıb.
32gun.az xarici KİV-ə iatinadən bildirir ki, 23 yaşlı Şannis Palasios hökumət əleyhinə fəaliyyətdə və hakimiyyətə qarşı sui-qəsddə ittiham olunub.
Məlumatda qeyd edilib ki, Dekabrın 1-də Nikaraqua polisi "Miss Nikaraqua" yarışmasının direktoru Karen Celebertti, onun əri Martin Arquello Leyva və onların oğlunu dövlətə xəyanətdə ittiham edib. Ailə terrorda şübhəli bilinir və vətəndaşlıqdan məhrum edilə bilər.
23 yaşlı “Miss Universe” gözəllik müsabiqəsinin qalibi Şannis Palasios da 2018-ci ildə prezident Daniel Orteqaya qarşı etiraz aksiyalarında iştirak etdiyi üçün bu qalmaqala qarışmışdı.
Xəbərdə vurğulanır ki, Palasiosun "Miss Universe"də qələbəsi Nikaraqua xalqına sevinc və qürur gətirib. Onlar dövlət bayraqları dalğalandıraraq küçələrə çıxıblar. Lakin bu, hökumət əleyhinə ittihamlara səbəb olmuşdu. Palasiosun etiraz aksiyalarından fotoları və sosial şəbəkələrdəki hökumət əleyhinə mesajlar Orteqa rejiminin əleyhdarlarının marağına səbəb olub.
Nikaraquanın birinci xanımı Rosario Murillo bu fotoşəkillərə şərhlərdə qızın "pis tərbiyəsini" qeyd edib .
Murillo daha sonra Palasiosu müsabiqədəki qələbəsi münasibətilə təbrik edib. Lakin "Miss Universe" finalından sonra dövlət bayraqları ilə qeyd etmələri qətiyyətlə pislədi. Nikaraqua hakimiyyəti bunu hökumət əleyhinə əhval-ruhiyyənin təzahürü kimi qiymətləndirib.
Palasios və Selebertiyə qarşı irəli sürülən ittihamlar gözəllik yarışmasında hökumət əleyhinə sui-qəsdin mümkün olması ilə bağlı spekulyasiyalara səbəb olub.
Dövlət bayrağı simvolik məna kəsb edir və hakim partiyanın etirazçılara qarşı düşmənçiliyinə səbəb olub.
Nilay