MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Qəfildən səhnədə yıxıldı! İnfarkt keçirən müğənni dünyasını dəyişdi - FOTO

Braziliyalı sənətçi Pedro Henrique səhnədə infarkt keçirib.

32gun.az xarici KİV-ə istinadən bildirir ki,  Braziliyanın Feira de Santana şəhərində internetdə yayımlanan dini tədbirdə müjdə mahnıları oxuyan 30 yaşlı Pedro Henrike səhnədə mahnı oxuyarkən infarkt keçirərək dünyasını dəyişib.

Bildirilir ki, Henrike mahnı oxuyarkən müvazinətini itirərək kürəyi üstə yıxılıb və tamaşaçılar dərhal kömək üçün səhnəyə qaçıblar. Henrikenin yerə yıxıldığı anlar kameralara düşüb.

Hər kəs tərəfindən şən və sevilən biri kimi tanınan Henrikenin evli olduğu və 1 aylıq bir qızı olduğu açıqlanıb.

Nilay

Oxşar Xəbərlər