MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Son dəqiqə! Məşhur kinorejissor dünyasını dəyişdi
Rusiya Federasiyasının əməkdar artisti Oleq Ryabokon dünyasını dəyişib.
32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, tanınmış kinorejissor Sankt-Peterburqda 85 yaşında vəfat edib.
Xatırladılır ki, Oleq Ryabokon 1961-ci ildə Leninqrad Hərbi Mexanika İnstitutunu, 1972-ci ildə isə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aktyorluq və rejissorluq fakültəsini bitirib.
Ryabokon tamaşaçıya ilk növbədə 1983-cü ildə çəkilmiş "Əli Baba və qırx quldur" filmindən tanışdır - əsas rolları Oleq Tabakov, Tatyana Nikitina, Veniamin Smexov və Armen Djiqarhanyan ifa ediblər.
Onun filmoqrafiyasına həmçinin “Fiziklər”, “Gözəl Yelena”, “İmperatorun addımları” filmləri, “Ezop” televiziya tamaşası və başqaları daxildir.
Ayxan