Ceyson Steytham və sevgilisi Dağıstanlı ailəyə bənzədilib
Britaniyalı model, "Victoria's Secret"in keçmiş mələyi Rozi Hantinqton-Uaytli Ceyson Steythamla fotolar silsiləsi yayımlayıb.
32gun.az xğbər verir ko, o fotosunu "İnstaqram"da paylaşıb.
İdman avtomobilindəki fotoya görə cütlük şərhlərdə “Dağıstan ailəsi” adlandırılıb. Model və aktyor sarı "Porshe" ilə Böyük Britaniyanı gəzərək avtomobilin içərisində fotolar çəkdiriblər.
Sosial şəbəkə istifadəçiləri “Təsadüfi bir dağıstanlı ailə üçün adi bir gündür”, “O, sadəcə maşın sürür, necə sürdüyünün şəklini çəkirsən, hər şey Dağıstandır”, “Sanki Rusiyada doğulmusan” deyə yazıb.
Mart ayında isə Rosie Huntington-Whiteley xəz paltoda çəkdirdiyi fotoşəkilə görə "Qafqaz qadını" adlandırılıb. Geyim rusdilli pərəstişkarlarının diqqətini çəkib və onlar bu barədə şərhlərdə yazıblar.
Rozi Hantinqton-Uaytli özündən 20 yaş böyük Ceyson Stethamla münasibətdədir. Onlar 2010-cu ildə Coachella musiqi festivalında tanış olublar və demək olar ki, dərhal görüşməyə başlayıblar. 2016-cı ilin yanvar ayında aktyor və model nişanlandıqlarını elan etdilər. 2017-ci ilin iyununda cütlüyün Cek Oskar adlı oğlu, 2022-ci ilin fevralında isə qızları İzabella Ceyms dünyaya gəlib.
Nilay