MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Castin Timberleyk sərxoş halda avtomobil idarə etdiyini ETİRAF ETDİ

Xəbər verdiyimiz kimi, amerikalı müğənni Castin Timberleyk sərxoş halda maşın sürməkdə ittiham olunurdu.O nəhayət günahını etiraf edib. O  ictimai iş cəzası alıb.

32gun.az bildirir ki, bu barədə "Fox News" məlumat yayıb.

Nəşr vurğulayır ki, "Timberleyk dinləmədən əvvəl prokurorlarla ittiham razılaşması imzalayıb".

Məhkəmə iclasının təfərrüatları açıqlanmayıb, lakin mənbənin sözlərinə görə, ifaçı həm də 300 dollardan 500 dollara qədər cərimə və 90 günlük sürücülük vəsiqəsindən məhrum edilməsi nəzərdə tutulan yol hərəkəti qaydalarını pozmaqda təqsirli olmağa razılaşıb.

Qeyd olunur ki, müğənni 25 saatdan 40 saata qədər ictimai işlər cəzasına məhkum edilib.

Castin Timberleyk iyunun 18-də həbs edilib . Qeyd olunur ki, ifaçı həbs olunmazdan bir müddət əvvəl Nyu-York ştatının Saq Harbor ərazisində yerləşən American Hoteldən çıxıb və sərxoş halda avtomobilinin sükanı arxasına keçib.

Nilay 

Oxşar Xəbərlər