MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Məşhur müğənni klubların birində səhnədən yıxılıb - VİDEO

Rusiyalı məşhur müğənni Diana Arbenina Sankt-Peterburqda A2 klubunda çıxışı zamanı büdrəyərək eyvandan salona yıxılıb.

32gun.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı tamaşaçılar arasında olan şahidlərə istinadən məlumat yayıb.

Kadrlardan görünür ki, musiqiçi proqramı ilə çıxış edərək, pərəstişkarlarının oturduğu eyvanlar boyunca torla gəzmək qərarına gəlib. Bir anda konstruksiya buna dözə bilməyib və Arbenina məftillərdən yapışaraq aşağı uçub - xoşbəxtlikdən fanatlar müğənnini tutaraq onun xeyli hündürlükdən yıxılmasının qarşısını ala biliblər.

Arbeninanı qollarından tutub eyvana qaldırdılar və o, yəqin ki, çox zərər görmədən səhnəyə qayıdıb.

.

.

.

Oxşar Xəbərlər