MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Həbsdə olan prodüserin vəziyyəti ağırlaşdı - xəstəxanaya yerləşdirildi

Məhkum olan Hollivud prodüseri Harvi Vaynşteyn vəziyyəti sürətlə pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib.

32gun.az xəbər verir ki, bu barədə The Sun xəbər verib. 

Məşhurun vəkili İmran Ansartın sözlərinə görə, xəstəxanaya yerləşdirmə prodüserin diaqnozu qoyulan xərçənglə bağlıdır. O qeyd edib ki, Vaynşteynin son test nəticələri narahatlıq doğurur, lakin onun hazırkı vəziyyəti müalicə edilə bilər.

“Onun vəziyyəti stabilləşənə qədər xəstəxanada qalacağı gözlənilir. Onu tibbi yardımdan məhrum etmək təkcə həkim səhlənkarlığı deyil, həm də onun konstitusion hüquqlarının pozulmasıdır”, – vəkil deyib. 

Təxminən bir ay əvvəl Vaynşteynə sümük iliyi xərçənginin bir forması olan xroniki miyeloid leykemiya diaqnozu qoyulub. 

Weinstein qalmaqalı 2017-ci ildə 80-dən çox aktrisanın ona qarşı cinsi qısnama iddiaları səsləndirməsi ilə alovlandı. Bu açıqlamalar #MeToo hərəkatının katalizatoru olub. 

2020-ci ildə prodüser Nyu York məhkəməsi tərəfindən cinsi təcavüz ittihamı ilə 23 il həbs cəzasına məhkum edilib. Los-Anceles məhkəməsi daha sonra zorlama işində onun cəzasına daha 16 il əlavə edib.

Onun hüquq komandası da Nyu-York şəhərinə qarşı 5 milyon dollarlıq iddia qaldırıb . Sənəddə iddia edilirdi ki, Rikers adası həbsxanasındakı şərait Harvi Vaynşteynin sağlamlığına xələl gətirir.

Nilay 

Oxşar Xəbərlər