MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Məşhur müğənninin brilyant nişan üzüyünün qiyməti məlum olub - Fantastik məbləğdə/ FOTO

Müğənni Selena Qomezin nişan üzüyünün qiyməti fantastik dəyərdədir.

32gun.az Xarici KİV-ə istinadən xəbər verir ki,  ekspertlər Qomezin üzüyünü fərqli qiymətləndirirlər: 200 min dollardan 1 milyon dollara qədər.... 

Bir gün əvvəl nişanlandığını elan edən Selena Qomez sevgilisinin ona hədiyyə etdiyi üzüyü nümayiş etdirib . O, böyük markiz kəsilmiş almazla bəzədilib.

Dekabr ayında Selena Qomez Castin Biberin dostu, musiqi prodüseri Benni Blanko ilə sevgili olduğunu açıqlayıb.

Müğənni sevgilisi ilə çəkdirdiyi fotoları nümayiş etdirib. Kadrların birində Blanko sənətçinin dodaqlarından öpüb. Mətbuatda yayılan xəbərlərə görə, məşhurlar bir-birini çoxdan tanıyırlar. 2021-ci ildə Qomez və Blanko "I Can't Get Enough" mahnısı üzərində əməkdaşlıq etdilər.

Nilay 

.

.

 

Oxşar Xəbərlər