MƏDƏNİYYƏT - ŞOU
Sərdar Ortac azərbaycanlı məşhurun ifasına HEYRAN OLDU
Məşhur türk müğənni Serdar Ortaç azərbaycanlı ifaçılarla bağlı paylaşım etməyə davam edir.
32gun.az yazır ki, sənətçi bu dəfə meyxanaçı Pərviz Bülbülənin “Bilmirəm” şeirini İnstaqram hesabında izləyicilərlə bölüşüb.
Qeyd edək ki, Ortaç bundan öncə mərhum Əməkdar artistlər Baloğlan Əşrəfov, Məhəbbət Kazımovun mahnılarını səsləndirib. Bundan başqa, Əməkdar artist Elnarə Abdullayeva barədə də paylaşımlar edib.