MƏDƏNİYYƏT - ŞOU

"Ermənistan məsuliyyətə cəlb edilməlidir" - Nazir

"Ermənistan Azərbaycana məxsus tarixi abidələri dağıtmaqla törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir".

32gun.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O söyləyib ki, Mədəniyyət Nazirliyi Qarabağda dağıdılan abidələri daima diqqət mərkəzində saxlayır.

Nazir dağıntıların daima beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlərin aparıldığını bildirib:

"Bu məsələ hər zaman bizim gündəmimizdədir. 30 il işğalda qalan, vandalizmə məruz qalan abidələrin ilk olaraq inventarlaşdırılması məsələsini həll etmişik. Daha sonra foto-video fiksasiya edilərək, dağıdılma vəziyyətinə uyğun olaraq təsnifatlandırılıb. Davamlı olaraq, beynəlxalq təşkilatlara UNESCO, İSESCO kimi təşkilatlata göndərilir, məlumatlandırılır".

Oxşar Xəbərlər