MƏDƏNİYYƏT - ŞOU

Əməkdar artist ərə getmək istəyən xalasını biabır etdi: "Heç olmasa, ili çıxardı"

“Lalə” qızlar ansamblının solisti, Əməkdar artist Rəhilə Bəndəliyevanın xalası Mülayim xanım ailə qurmaq üçün efirə çıxıb.

Nəticədə müğənni ilə xalası arasında qalmaqal yaşanıb.

32gun.az lent.az-a istinadən xəbər verir ki, Mülayim xanım həyat yoldaşının dünyasını dəyişdiyini və yenidən ərə getmək istədiyini deyib: "Həyat yoldaşım son gününə qədər yanımda olub, ayrı yaşamamışıq. Tək qala bilmirəm. Oğlum öz həyat yoldaşı ilə kefdədir"

Verilişə zəng edən Rəhilə Bəndəliyeva xalasının ərinin vəfatından 1 il keçmədiyini bildirib.

"Xalamın yoldaşının əri yeni rəhmətə gedib. Heç ili çıxmayıb. Heç olmasa, ərinin ili çıxardı. Hamı onu qınayacaq. 16 nəvəsi var, birini götürüb yanında saxlasın"

Oxşar Xəbərlər