DÜNYA

Dünyanı titrədən siyahı: Ən böyük tank orduları açıqlandı

Dünyanın ən nüfuzlu hərbi analiz saytlarından olan "Global Firepower" 2026-cı il üçün ölkələrin tank sayına görə sıralamasını paylaşıb. Müasir müharibələrdə texnologiya ön plana çıxsa da, quru qoşunlarının zərbə qüvvəsi olan tanklar hələ də strateji əhəmiyyətini qoruyub saxlayır.

Milli.Az xəbər verir ki, siyahıya ənənəvi olaraq çox sayda tanka malik olan ölkələr rəhbərlik edir. Rusiya kəmiyyət baxımından birinciliyini qorusa da, ABŞ və Çin həm say, həm də texnoloji üstünlüklə onları izləyir. İlk 10-luqda yer alan ölkələr arasında Şimali Koreya, Hindistan və Misir kimi ölkələrin də olması diqqət çəkir.

Türkiyə Silahlı Qüvvələri (TSK) həm NATO daxilində, həm də dünyada ən güclü quru qoşunlarından birinə malikdir. Siyahıya əsasən Türkiyə 9-cu sırada qərarlaşıb. Türkiyənin tank arsenalının əsasını modernləşdirilmiş "Leopard" və "M60" tankları təşkil edir. Həmçinin, yerli istehsal olan "Altay" tankının kütləvi istehsalına başlanılması ilə Türkiyənin həm kəmiyyət, həm də keyfiyyət baxımından mövqeyini daha da gücləndirəcəyi vurğulanır.

Ekspertlər qeyd edirlər ki, sadəcə tankların sayı kifayət deyil; onların aktiv qorunma sistemləri, atəş idarəetmə texnologiyaları və pilotsuz uçuş aparatlarına (PUA) qarşı müdafiə qabiliyyəti müasir döyüş meydanında həlledici rol oynayır.

Oxşar Xəbərlər