MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Məşhur bəstəkar dünyasını dəyişdi - FOTO
Məşhur amerikalı caz pianoçusu, bəstəkar Əhməd Camal 92 yaşında vəfat edib.
32gun.az xəbər verir ki, bu barədə bəstəkarın qızı Sumayah Camal məlumat verib.
Sumayah atasının prostat xərçəngi səbəbindən dünyasını dəyişdiyini bildirib.
Xatırladaq ki, Əhməd Camal 1994-cü ildə Milli İncəsənət Fondu tərəfindən "Caz Ustası" adına, 2017-ci ildə isə ömürlük "Grammy" mükafatına layiq görülüb.
Nurlan Şiraliyev