MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Tatlısəsin gəlişi izdihama səbəb oldu - Polis gözyaşardıcı qazdan istifadə etdi

Türkiyəli müğənni İbrahim Tatlısəs İraqın şimalındakı Ərbil şəhərində böyük izdihamla qarşılanıb.

32gun.az  xəbər verir ki, Ərbildə kişi geyimləri firmasının açılışına qatılan Tatlısəs hava limanındakı qarşılama ilə bağlı təəssüratlarını bölüşüb.

“İraq və Ərbil mənim qalamdır"- deyə, qeyd edən Tatlıses açılışdan çıxan zaman daha böyük izdihamla qarşılaşıb. Gecə saatlarına qədər açılışın bitməsini gözləyən "İbo"sevərlər polis tərəfindən ərazidən uzaqlaşdırılıb. Bildirək ki, polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər