MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Plastik əməliyyat olunan məşhur dünyasını dəyişdi (FOTOLAR)
İnfluser olan brazilyalı model Ligiya Fazio dünyasını dəyişib.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, 3 il əvvəl omba implantasiyası əməliyyatı keçirən məşhur modelin buna görə insult keçirdiyi və aparıldığı xəstəxanada dünyasını dəyişdiyibildirilib.
Bildirilib ki, istifadə edilən plastik komponent polimetilmetakrilatla qarışan silikon bədənin digər hissələrinə sızaraq infeksiyaya, sonra isə iflic vəziyyətinə düşüb.
Pleksi də adlanan PMMA əslində pleksiglasın maddəsidir.
2007-ci ildən dolğu kimi istifadə edilən PMMA tərkibində mikrosferlər və iribuynuzlu heyvan kollageni var.
Buna görə də allergiya testi olmadan tətbiq edilməməlidir. Onun istifadəsi dünyanın bir çox ölkəsində mübahisəli bir məsələsidir.
Ayxan


