MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Evi yanan İbrahim Tatlısəs sükutu pozdu: "Onlar günahkardırlar"
Apreldə evi yanan türkiyəli müğənni İbrahim Tatlısəs aylar sonra sükutu pozub.
32gun.az xəbər verir ki, İ.Tatlısəs yanğıla bağlı sosial şəbəkədə bu paylaşımı edib:
"Hər kəs keçmiş olsun eviniz yanıb" deyir mən isə qarşılığında deyirəm ki, evim yansa yaxşıdır. Mənim gəncliyim, 45 ildə aldığım mükafatlarım yanıb".
O həmçinin evi tikənləri də günahlandırıb: "Onlar günahkardırlar mən onlara 5 qəpik də vermərəm" deyə qeyd edib.
Qeyd edək ki, hadisə zamanı müğənni evdə olmayıb.
Aysel Şirinova