EKONOMİKS ÖZ XƏBƏR

İmişli Rayon İcra Hakimiyyəti 10 manatlıq şirkəti 341 min AZN-lik tenderin qalibi oldu - Sahibi görün kim imiş

İmişli Rayon İcra Hakimiyyətinin başçısının İmişli şəhər üzrə nümayəndəliyinin "İmişli şəhər Pənah Həsənov küçəsində səkinin əsaslı təmiri və küçədə zibil yerlərinin düzəldilməsi"  ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

32gun.az-ın məlumatına görə, tenderi 10 AZN nizamnamə kapitalına malik olan "İLAY TƏMIR TIKINTI" MMC qazanıb. 

Sözügedən icra nümayəndəliyi bu tender üçün üçün qalibə 341.353,11 AZN ödəyəcək.

Bildirək ki,  "İLAY TƏMIR TIKINTI" MMC-nin qanuni təmsilçisi QAMƏT ƏSGƏROV SADIQ oğludur.  Şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi uçotuna alınıb.

Qeyd edək ki, İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevdir. 

Ayxan 

Oxşar Xəbərlər