EKONOMİKS ÖZ XƏBƏR

“Prime Hause Tikinti Berpa” MMC-nin külli miqdarda vergi borcu üzə çıxıb / FOTO

“PRIME HAUSE TİKİNTİ BERPA” MMC vergi qanunvericiliyini pozub.

32gun.az”ın əldə etdiyi məlumata görə, şirkət buna görə  riskli vergi ödəyicisi siyahısına daxil edilib.

Əldə etdiyimiz digər məlumata görə, şirkətin həmçinin dövlət büdcəsinə 205 min 493,93 manat məbləğində vergi borcu mövcuddur.

Məlumata görə, “PRIME HAUSE TİKİNTİ BƏRPA” MMC Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 4A, m.117 ünvanında qeydiyyata alınıb.

Cəmiyyətin qanuni təmsilçisi Cavid Şəbiyev Valeh oğludur. Şirkətin nizamnamə kapitalı isə cəmi 10 manat təşkil edir.
Nilay 

Oxşar Xəbərlər