Çürümüş meyiti tapılan məşhur aktyorun ölüm səbəbi bəlli oldu
Yaşadığı mənzilin hamamında çürümüş cəsədi tapılmış məşhur aktyor Adam Riçin 6 ay sonra ölüm səbəbi açıqlanıb.
32gun.az xəbər verir ki, izlənmə reytinqi qıran "Eight is enough" serialının əsas siması olmuş Adam Riş artıq dozada fentanil qəbulu səbəbilə dünyasını dəyişdiyi məlim olub.
Riçin bədənində həmçinin lorazepamın və alkoqolun da olduğu aşkarlanıb. Məlumatda bildirilir ki, 1991-ci ildə aktyor, narktik maddə əldə etmək məqsədi ilə aptekin pəncərəsini sındırıb və həbs olunub.
Qeyd edək ki, o uzun müddət narkotik maddə asılılığı ilə mübarizə aparıb. Aktyor həmçinin Fantasy Island", "The Six Million Dollar Man", "Silver Spoons", "Baywatch" seriallarında da yer alıb.
Məlumat üçün bildirək ki, Fentanil (Fentanyl) ilk dəfə 1950-ci illərin sonlarında Belçikada Janssen Pharmaceutica tərəfindən sintez edilmişdir. Bu, morfindən təxminən 80 dəfə, meperidindən isə 500 dəfə güclü olan opioid ağrıkəsicidir. Fentanyl ilk dəfə cərrahi müdaxilələrdə ağrıları azaltmaq üçün sintetik opioid kimi istehsal edilmişdir.
Fentanil, cərrahi anesteziya kimi şiddətli ağrılarda sürətli relyef təmin etmək üçün xəstəxanalarda nəzarət edilən mühitlərdə istifadə edilir. Fentanil tibbi şəraitdən kənar istifadə edildikdə ölüm qaçılmaz ola bilər, çünki tənəffüs sistemini izləmək və insanın təhlükəsizliyini təmin etmək üçün heç bir komanda yoxdur. Maddə xüsusi kimyəvi quruluşa malikdir, lakin tez-tez müxtəlif təsirlərə malik birləşmələr yaratmaq üçün qanunsuz olaraq dəyişdirilə bilir.
Aysel Şirinova
