MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

44 yaşlı müğənni yeni sevgilisi ilə foto paylaşdı, sərt reaksiya aldı - “Bu qız hələ uşaqdır”

Bir müddət əvvəl övladlarının anası Fatoş Yellilərdən qalmaqallı şəkildə boşanan, türkiyəli müğənni Berdan Mardini yeni sevgilisi ilə gündəm olub.

32gun.az bildirir ki, 44 yaşlı Berdan Mardini gənc sevgisi ilə verdiyi pozanı "Hər şey gözəldir, Allah ürəyimizə görə verir" qeydi ilə paylaşıb. 

Kimliyi izləyicilərinə bəlli olmayan gənc sevgilini görənlər “Bu qız hələ uşaqdır”, “Bacısına oxşayır”, “Onun qızı deyilmi?”,  şərhləri yazıb.

Qeyd edək ki, sonuncu dəfə qızılgül yağı biznesinə girərək, fərqli bir sahəyə sərmayə qoyub və 120 milyon TL xərcləməklə gündəm olmuşdu.

Məşhur müğənni Berdan Mardini 2010-cu ildə ailə qurduğu Fatoş Mardini 2021-ci ildə boşanıb.

Qalmaqallı şəkildə boşanan və xəyanətə uğradığını  iddia edən müğənni zaman-zaman sosial şəbəkədəki paylaşımları və açıqlamaları ilə gündəmə gəlir.

Ayxan

Oxşar Xəbərlər