“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC məhkəməlik olub.
32gun.az-ın məlumatına görə, adıçəkilən MMC “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən məhkəməyə verilib.
Gəncə Kommersiya Məhkəməsində hakimGülnaz Quliyevanın icraatına verilən məhkəmə işinin mahiyyəti Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələrdən ibarətdir.

Bildirək ki, nizamnamə kapitalı 1 milyon 617 min 600 AZN olan “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin qanuni təmsilçisi sahibkar Anar Orucovdur. Anar Orucov Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri, Almaniyanın “RAO Global Group” şirkətinin direktoru, iqtisadçı, hüquqşünas Rəsul Orucovun oğludur.
Mətbuatda gedən məlumatlarda R.Orucovun vergiləri ödəməkdən yayındığı üçün həbs olunduğu, sonradan ev dustaqlığına buraxıldığı bildirilib.
Nizamanmə kapitalı 45338981.74 AZN olan "Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının rəhbəri iş adamı Məmməd Musayevdir.
Ayxan