MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Həyat yoldaşı ölən aktrisa hər kəsi kövrəltdi - “5 dəqiqədə hər şeyimi itirdim”

10 ildən sonra ekrana qayıtması ilə gündəm olan Özgü Namal dedikləri hər kəsi kövrəldib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Əmir Ersoyun səhnəsində qonaq olan və səhnədə rəqs etdikdən sonra çıxış edən aktrisa Özgü Namal həyat yoldaşının qəfil ölümünə işarə edərək, “5 dəqiqədə hər şeyi itirdim” deyib. "Bilirsinizmu, həyat 5 dəqiqədir... 5 dəqiqədən sonra canını, sevdiyin hər kəsi itirə bilərsən. Mən bunu yaşadım və 5 dəqiqə ərzində hər şeyi itirdim. Həyatım həmişəlik dəyişdi... Sevdiklərinizin qədrini bilin" .

Xatırladaq ki, 6 oktyabr 2020-ci ildə infarkt nəticəsində həyat yoldaşı Serdar Oralını itirən Özgü Namal uzun müddətdir ekranlardan uzaq düşüb. 
Film, serial təkliflərini rədd edən Namal 10 ildən sonra ekrana qayıtmaq qərarına gəlib. Gözlərdən uzaq yaşayan, ağarmış saçları və xeyli zəifləmiş forması ilə diqqət çəkən Özgü Namaldan əsər-əlamət yoxdur.

İki övladı ilə İstanbulda məskunlaşan aktrisa "xatirələrlə dolu" dediyi evdəki əşyalara belə toxunmayıb.

Ayxan

Oxşar Xəbərlər