EKONOMİKS ÖZ XƏBƏR

Tanınmış vəkilin vergi borcu olan şirkəti AZPROMO-nun 244 min AZN-lik tenderində qalib oldu

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) "İqtisadi, elmi-texniki sənədlərin təhlillərinin aparılması və bir sıra məsləhət xidmətlərinin satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az-ın məlumatına görə, tenderin qalibi "LEGALIZE" MMC olub. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin  bu tenderə görə sözügedən şirkətlə 244.968 AZN-lik müqavilə bağlayıb. 

Əldə etdiyimiz məlumata görə  "LEGALIZE" MMC-nin hazırda dövlətə 9579.32 AZN vergi borcu var. 

Bildirək ki, nizamnamı kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçi Fuad Qəşəmov Azad oğludur.  Fuad Qəşəmov  vəkillər bürosunun üzvüdür. 

EKVİTA Hüquq Praktikasına iki yeni partnyor təyin edir (FOTO)

Qeyd edək ki, AZPROMO Azərbaycanda qeyri-neft sektorunun inkişafı, həmçinin istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı ölkə rəhbəri tərəfindən qarsıya qoyulmuş bir sıra hədəflərə nail olmaq məqsədilə xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil edir.

 Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevdir.

Xatırladaq ki,  “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.

Ayxan

 

Oxşar Xəbərlər