"Azərsun Holdinq"ə daxil olan şirkətlərdən "Sun Food" MMC növbəti dəfə məhkəməlik olub.
32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsnin 198.3-cü maddəsi ilə protokol hazırlanıb.
Siyasi, Sosial Və Əmək Hüquqlari Əleyhinə Olan Inzibati Xətalarla bağlı hazırlanmış protokol Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilib.
Bildirək ki, "Sun Food" MMC-nin nizamnamə kapitalı bu ilin ilk ayında 12 milyon azaldılaraq 122 milyon 500 min 20 manatdan 110 milyon 125 min 20 manat olub. Şirkətin qanuni təmsilçisi İrfan Yılmazdır.
İ.Yılmaz "Azersun Holdinq"də şatışüzrə baş direktor vəzifəsində çalışır.
Ayxan