Dövlət Sərhəd Xidməti "Telekommunikasiya vasitələri" ilə bağlı elan etdiyi tender başa çatıb.
32gun.az xəbər verir ki, tenderin qalibi "BEST TELEKOM" MMC olub. Beləliklə qalib şirkətlə DSX arasında 157.028,5 AZN-lik müqaviləyə imza atılıb.
Əldə etdiyimiz məlumata görə, sözügedən MMC-nin dövlətə vergi borcu hazırda 38359.96 AZN təşkil edir.
Bildirək ki, nizmanamə kapitalı 1000 AZN olan "BEST TELEKOM" MMC-nin qanuni təmsilçisi AQŞİN QASIMOV ƏLÖVSƏT oğludur.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
Ayxan