EKONOMİKS ÖZ XƏBƏR

Vergi borcu olan şirkəti iki tenderdə qalib seçdilər

70014 manat vergi borcu olan "TEXNOLOG" MMC iki tenderin qalibi olub.

32gun.az xəbər verir ki, sözügedən MMC  Baş Şirvan Kollektorunun istismarı idarəsinin "Təmir işləri üçün tikinti materialların satın alınması" ilə bağlı elan etdiyi tenderdə qalib olaraq 

107.981,03 AZN-lik müqaviləyə imza atılıb. 

Eləcə də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin  Samur-Abşeron kanalının istismarı idarəsinin Tikinti materiallarının satın alınması tenderində də qalib seçilib və şirətin hesabına 165.220,53 AZN köçrülməli olub.

Bildirək ki, nizamnamə kapitalı 500 AZN olan "Texnolog" MMC-nin qanuni təmsilçisi Orxan Həsənov Hüseyin oğludur.

Meliorasiya və Su Təsərrüfatı ASC Samur–Abşeron Kanalının İstismarı İdarəsinin rəisi Zakir Rüstəmovdur. 

Suraxanıdan Şirvana gedən » Gundeminfo.az

Baş Şirvan Kollektorunun İstismarı idarəsinin  rəisi isə Əhmədağa İbrahimovdur. 

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.

Ayxan

 

Oxşar Xəbərlər