Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının xidməti istifadəsi üçün nəzərdə tutulan bir sıra ləvazimatların və malların satınalınması" ilə bağlı elan etdiyi tender başa çatıb.
32gun.az-ın məlumatına görə, tenderin qalibi "EVEREST-2022" MMC olub. Qurumla şirkət arasında 288.538,32 AZN-lik müqavilə bağlanıb.
Əldə etdiyimiz nəlumata görə şirkətin hazırda 1224.37 AZN vergi borcu mövcuddur.
Bildirək ki, Nizamanmə kapitalı 100 Azn olan "Everest-2022" MMC-nin qnauni təmsilçisi FUAD BABAYEV ŞAKİR OĞLUdur. Şirkət 11.04.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
Ayxan