EKONOMİKS ÖZ XƏBƏR

Vergi borcu olan şirkət baş idarəni məhkəməyə verib

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tikinti şirkəti tərəfindən məhkəməyə verilib.

32gun.az-ın məlumatına görə, sözügedən qurumla bağlı  "MİNGƏÇEVİR TİKİNTİ" MMC Gəncə İnzibati Məhkəməsinə müraciət edib. 

Hakim EMin Axundovun icraatına verilən məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrədir. 

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan  "MİNGƏÇEVİR TİKİNTİ" MMC-nin qanuni təmsilçisi AYDIN YAQUBOV NİYAZİ OĞLUdur.

Əldə etdiyimiz məlumata görə, hazırda şirkətin 9374.40 AZN vergi borcu mövcuddur.

Ayxan

Oxşar Xəbərlər