EKONOMİKS ÖZ XƏBƏR

İcra Başçısı Vidadi İsayev 4 manatlıq şirkəti 100 min AZN-lik tenderdə qalib etdi

Bərdə Rayon İcra Hakimiyyətinin "Parkların abadlıqlaşdırılması işlərinin satınalınması" ilə bağlı elan etdiyi tender başa çatıb. 

32gun.az-ın məlumatına görə, icra orqanının elan etdiyi tenderin qalibi "AYPARA-İNŞAAT" MMC olub.  Tərəflər arasında 99.916,5 AZN-lik müqavilə imzalanıb. 

Bildirək ki, nizamanmə kapitalı 4 AZN olan "AYPARA-İNŞAAT" MMC-nin qanuni təmsilçi MAARİF MİKAYILOV AYDIN OĞLUdur. 

Xatırladaq ki, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir. 

Ayxan

Oxşar Xəbərlər