EKONOMİKS ÖZ XƏBƏR

AAYDA-nın bu idarəsinin 600 min AZN-lik tenderini Vergi borcu olan şirkət uddu

Naxçıvan Muxtar Respublikası (MR) Avtomobil Yolları Dövlət Agentliyinin Culfa Rayon Yol Təmir-Tikinti İdarəsinin "Mal-materialların alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az-ın məıumatına görə, tenderin qalibi "BİLGEMAK" MMC olub. Tərəflər arasında 594.414,68 AZN-lik müqavilə imzalanıb.

Müqaviləyə əsasən Naxçıvan MR Avtomobil Yolları Dövlət Agentliyinin Culfa Rayon Yol Təmir-Tikinti İdarəsi Elektrod, əlcək,  sement, armatur və.s ilə təmin olunmalıdır.

Əldə etdiyimiz məlumata görə, tenderin qalibi olan şirkətin hazırda dövlət büdcəsinə 9 min manata yaxın (8903.60 AZN) vergi borcu var. 

Bildirək ki, nizamanamə kapitalı 20 AZN olan "Bilgemak" MMC-nin qalibi CANBAXIŞ HÜSEYNOV KAMRAN OĞLUdur.

Ayxan 

Oxşar Xəbərlər