Gəncə şəhər İcra Hakimiyyətinin "Gəncə şəhərinin küçə və prospektlərində əsaslı təmir işlərinin satınalması" ilə bağlı elan etdiyi tender başa çatıb.
32gun.az-ın məlumatına görə, tenderin qalibi "ƏRDAGI" MMC olub. Tərəflər arasında 1.845.694,53 AZN-lik müqavilə imzalanacaq.
Müqaviləyə əsasən Çalovunun tutumu 0,5 (0,5-0,63) m3 olan xarici istehsal ekskavatorlarla qruntun özüboşaldan avtomobillərə yüklənməklə qazılması, qruntun qrupu: 4 (Mövcud yararsız yolun qazılması), Özüboşaldan avtomobil Kamaz, Əsasların döşənək və hamarlayıcı qatlarının qurulması: qırmadaşdan , Qırmadaş, Təbii qum-çınqıl qatışığı, Ümumi təyinatlı dəmir-beton bünövrələrin qurulması, həcmi: 5 m3-a qədər, A-3 sinifli armatur, Ağır çuqun lyuk və.s ilə əldə edilməlidir.
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "ƏRDAGI" MMC-nin qanuni təmsilçisi NAZİM MƏMMƏDOV FUAD OĞLUdUr.
Xatırladaq ki, Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramovdur.
Ayxan