MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Rita Dakota Los-Ancelesi tərk edir: “Mənim sevimli çimərliyim yandı”

Müğənni Rita Dakota yanğınların başlamazdan əvvəl həyat yoldaşı ilə birlikdə Baliyə uçduğunu bildirib.

32gun.az bildirir ki, müğənni instaqram-da paylaşım edib. 

Rita Dakota qeyd edib ki, yanğınlar sevdikləri plajı, kafelərini, hər gün gedib gəzdikləri kanyon və Getty Muzeyini məhv edib. Həmçinin, minlərlə yaşayış evinin yanıb-tələf olduğu açıqlanıb. Müğənni bildirib ki, onlar möcüzəvi şəkildə yanğınlar başlamadan həmin gün Baliyə uçmağa müvəffəq olublar və bu barədə yalnız təyyarədə öyrəniblər.

“Biz möcüzə ilə həmin gün Baliyə uçduq və hər şeyi artıq təyyarədə öyrəndik… Allah bizi qoruyur, bu dəqiqdir”, — deyə müğənni paylaşımında bildirib.

Nilay

Oxşar Xəbərlər