"İncə qalmağın sirri ağıllı məşqlərdədir" - 55 yaşlı aktrisa
Məşhur aktrisa Cennifer Eniston, incə bədən quruluşunun sirrinin ağıllı və balanslı məşqlərdə olduğunu bildirib.
32gun.az bildirir ki, bu barədə People məlumat yayıb.
“Acı olmadan nəticə olmaz – bu doğru deyil. Həmişə düşünürdüm ki, 45 dəqiqə kardio etməli, sonra döşəmədə məşq etməli və ardınca güc hərəkətləri ilə davam etməliyəm. Əslində, bədəninizi sındırmadan məşqlərdən zövq ala və möhtəşəm dəyişiklik əldə edə bilərsiniz”, – deyə Eniston vurğulayıb.
Bundan əvvəl aktrisa sosial şəbəkələrdə pərəstişkarlarına öz məşq proqramını nümayiş etdirmişdi. Onun proqramına ayaq qaldıraraq çömbəlmə, "Dağçı" hərəkəti və jim daxildir. O, səhərlər məşq etməyi sevdiyini bildirib.
İyul ayında isə Cennifer Enistonun xarici görünüşü internet istifadəçiləri tərəfindən tənqid olunmuş, plastik əməliyyat etdirməkdə ittiham edilmişdi. Aktrisa "Səhər Şousu"nun dördüncü mövsümünün çəkiliş meydançasında paparassilər tərəfindən görüntülənmişdi. O, ağ qısaqol bluza, yüksək belli bej rəngli kətan şalvar və süd rəngli ayaqqabılar geyinmişdi. Görünüşünü qəhvəyi çanta və gün eynəyi ilə tamamlamağa üstünlük vermişdi. Aktrisa açıq buraxılmış saçları və təbii makiyajı ilə diqqət çəkmişdi.
Nilay