Cennifer Eniston və Ancelina Coli illərdir davam edən gərginlikdən sonra görüşməyi planlaşdırır
Cennifer Eniston və Ancelina Coli, Bred Pitt səbəbilə illərdir davam edən münasibət gərginliyindən sonra bu ay bir tədbirdə görüşməyi planlaşdırır.
32gun.az bildirir ki, bu barədə Radar Online məlumat yayıb.
Mənbənin sözlərinə görə, Eniston Ancelinanın peşəkar əlaqələrinə müdaxilə etməyə başladığını düşünür. Colinin Netflix-lə birlikdə “Mariya” layihəsini istehsal etməsi Enistonun diqqətini çəkib. Aktrisa uzun illər Netflix-lə əməkdaşlıq edib və bu vəziyyətdən narahatdır.
“Cen şou-biznesdə son illərdə böyük gücə çevrildi, lakin indi Ancelina yenidən fəallaşıb”, – mənbə bildirib.
Eyni zamanda, mənbə əlavə edib ki, Eniston Coliyə qarşı olan incikliyini hələ də unutmayıb. 2000-ci illərin əvvəllərində Eniston və Pitt evli olsalar da, “Cənab və xanım Smit” filminin çəkilişləri zamanı Pitt və Coli arasında yaxınlıq yaranıb. Bu hadisə 2005-ci ildə Enistonla Pittin boşanmasına səbəb olub.
“Bu, onun həyatında dərin bir kədər mənbəyidir və istər rasional, istərsə də qeyri-rasional şəkildə Cen buna görə Ancelinanı günahkar hesab edir. Belə bir ağrı asanlıqla keçmir və illər keçsə də, Eniston hələ də Colinin məsuliyyət daşıdığını düşünür”, – deyə mənbə bildirib.
31 dekabrda People nəşri məlumat yayıb ki, Ancelina Coli və Bred Pitt boşanma prosesini yekunlaşdırmaq üçün razılığa gəliblər. 30 dekabrda aktyorlar boşanma sənədlərinə imza atıblar. Colinin vəkili Ceyms Saymon bildirib ki, bu, səkkiz il davam edən uzun məhkəmə prosesinin bir hissəsidir. “Coli yorğundur, lakin bu mərhələnin başa çatmasına sevinir,” – deyə vəkil əlavə edib. Pittin vəkili isə məsələni şərh etməyib.
Ayxan