DÜNYA ÖZ XƏBƏR

Qroznyidə qəza: Ramzan Kadırovun oğlu Adam yaralanıb

Qroznyidə baş vermiş qəza nəticəsində, iddialara görə, Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam xəsarət alıb.

32gun.az yazır ki, bu barədə bəzi anonim çeçen Telegram-kanalları məlumat yayıb. Rəsmi təsdiq hələ verilməyib.
“Kortej, adətən olduğu kimi, yüksək sürətlə hərəkət edirdi, maşın maşının ardınca gedirdi, qəfildən qarşısına maneə çıxdı. Nəticədə maşınlar bir-birinə çırpıldı və məlumatlara görə, xəsarət alanlar çoxdur,” — deyə yayımda bildirilir.
Əvvəlki məlumatlara görə, Adam Kadırov xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Qəza sonrası Qroznyidə şəhərin mərkəzi bağlanıb.
Məlumatlarda həmçinin deyilir ki, qəza sonrası respublika xəstəxanası pasiyent qəbulunu dayandırıb. Kütləvi informasiya vasitələrinin məlumatına görə, yaralının Moskvaya evakuasiyası planlaşdırılır.
Təsdiqlənməmiş məlumatlara görə, Adam Kadırovun yanında avtomobildə UFC döyüşçüsü Xəmzat Çimaev də olub və onun da ciddi xəsarət aldığı bildirilir.
Hazırda hadisə ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Ayaz 

Oxşar Xəbərlər