"Himalay 2022" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinin 14 saylı ərazi vergilər İdarəsini məhkəməyə verib.
32gun.az xəbər verir ki, Gəncə İnzibati Məhkəməsində hakim Emin Axundovun icraatında olan məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrədir.
Əldə etdiyimiz məlumata görə, iddiaçı şirkətin dövlətə 410656.90 AZN vergi borcu var. Yazılan borc də şirkəti narazı saldığı üçün məhkəməyə baş vurulub.
Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi ELVİN QASIMOV VİLAYƏT oğludur.
Ayxan