Adriana Lima Nyu-Yorkda Həyat Yoldaşı ilə Görüntüləndi
Məşhur model Adriana Lima Nyu-York Moda Həftəsi çərçivəsində nümayişdən dərhal sonra həyat yoldaşı André Lemmers ilə birlikdə görüntülənib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, O, qara pencək, yubka və palto geyinib, André isə boz gödəkçə və qəhvəyi şalvarda olub. Model düz saç və al-qırmızı dodaq boyası ilə diqqət çəkib.
2022-ci ilin avqustunda Adriana Lima və prodüser André Lemmersin oğlu dünyaya gəlib. Cütlük ona Cyan adını verib. Bundan başqa, modelin keçmiş əri, serb basketbolçu Marko Yariçdən iki qızı – Valentina və Siena var. Onlar 2009-2016-cı illərdə evli olublar.
Ötən ilin payızında Adriana Lima "Aclıq Oyunları: Mahnı Oxuyan Quşlar və İlanlar Balladası" filminin premyerasında iştirak edib. Onun görüntüləri sosial şəbəkələrdə tənqid edilib və plastik əməliyyat etdirdiyi iddia olunub. Lakin Lima bu iddiaları təkzib edərək, "yorğun bir ananın üzü belə görünür" açıqlamasını verib.
Nilay