Kərimcan Durmaz azadlığa çıxandan sonra səssizliyini pozub
Yanvarın 8-də “zəncirvari şəkildə qeyri-qanuni mərc oyunlarını təşviq etmək” cinayəti ilə həbs olunan və 1 il 3 aydan 5 il 3 aya qədər həbs cəzası ilə üzləşən sosial media fenomeni Kerimcan Durmaz dünən İstanbul 23-cü Ağır Cəza Məhkəməsində keçirilən ilk iclasda sərbəst buraxılıb.
32gun.az. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kərimcan Durmazın yaxınları sevinc göz yaşlarını saxlaya bilməyib.
Sərbəst buraxıldıqdan sonra video paylaşan Kerimcan Durmaz, "Salam. Üzüm bir az gülür. Ailəmlə bir qədər həsrətimizi aradan qaldırırdıq. Anam, atam, dostlarım, bacılarım. Hər kəs üçün inanılmaz bir həsrət hiss edirdim. Dünən gecədən bəri bir-birimizdən ayrıla bilmirik. Ayrıla bilmirik. Bunu da sizinlə paylaşmaq istədim" deyib.
Səhhətindən də danışan Durmaz, "Hər kəs üçün inanılmaz bir həsrət hiss edirdim. Bildirmək istədim ki, yaxşıyam. Bu proses məndən aldı və çox şeylər gətirdi. Nə gətirdiyini danışmaq üçün əvvəlcə apardıqlarını müalicə etməliyəm. Bir az zamana ehtiyacım var"- qeyd edib.
Ayxan