“Azəriistiliktəchizat” ASC-də satınalma nəzarət orqanının qərarı ilə dayandırıldı
“Azəriistiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iş yerlərinin attestasiyasının keçirilməsi xidmətinin satınalınması məqsədilə elan edilmiş açıq tender ləğv olunub.
32gun.az xəbər verir ki, Satınalma proseduru 15 yanvar 2026-cı il tarixində, saat 16:26-da rəsmi olaraq dayandırılıb. Ləğv edilmənin səbəbi kimi nəzarət orqanının qərarı göstərilib.
Ləğv edilmə mətnində qeyd olunur ki, iş yerlərinin attestasiyasının keçirilməsi xidməti üzrə dərc edilmiş açıq tenderin nəticəsi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 14 yanvar 2026-cı il tarixli AİBNDA/SQ-415/2026 saylı məktubuna əsasən ləğv edilib.
Məlumata görə, tender üzrə ehtimal olunan qiymət 21.928,53 AZN təşkil edib.
Hazırda sözügedən xidmət üzrə satınalmanın yenidən elan olunub-olunmayacağı ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Ayaz