MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Castin Biber və həyat yoldaşı Avropada villa axtarır - 18,5 milyon dollara

Cütlük Avropada villa axtarır

Məşhur müğənni Castin Biber və həyat yoldaşı Heyli Biber Avropada villa almağı planlaşdırır.

32gun.az The U.S. Sun-a istinadən xəbər verir ki, cütlük ABŞ-dakı gərgin mühitdən uzaqlaşmaq üçün Avropada "sakit və günəşli" məkan tapmaq məqsədilə rieltorla anlaşma əldə edib.

Bildirilir ki, Biberlər İspaniya, Yunanıstan və Fransanın cənubunda yerləşən, qiyməti 5,6 milyon dollardan 18,5 milyon dollara qədər dəyişən villalarla maraqlanır. Onların diqqətində Fransanın Lazu r Sahilində yerləşən, üçmərtəbəli, liftli və mənzərəli villa, eləcə də Mikonos adasında səkkiz yataq otaqlı ev və ya İspaniyanın Mayorka bölgəsində 6,1 milyon dollar dəyərində mülk var.

Ayxan 

Oxşar Xəbərlər