MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Məşhur model Nyu-Yorkda belə görüntülənib - FOTO

Victoria's Secret mələyi Nyu-Yorkda əri ilə əl-ələ gəzdi

Victoria's Secret mələyi və məşhur model Elza Hosk Nyu-Yorkda əri ilə əl-ələ gəzərkən görüntülənib.

32gun.az bildirir ki, Model bu anları sosial şəbəkədə paylaşıb.

Elza Hosk gəzinti zamanı boz mini yubka və kardiqan geyinib. Onun saçları iri dalğalarla düzəldilib, üzünə isə axşam makiyajı edilib.

Martın əvvəlində Hosk boz trikotaj geyimdə - sviter və şortdan ibarət dəstdə kamera qarşısına keçib. O, bu obrazını ağ köynək, südlü rəngdə corab, qrafit rəngli tüklü baletkalar və iri qızılı sırğalarla tamamlayıb. Modelin tərzi açıq rəngli Hermes dəri çanta ilə vurğulanıb.

Ötən həftə model Paris Moda Həftəsi çərçivəsində keçirilən Saint Laurent-in yeni kolleksiyasının təqdimatında iştirak edib. Hosk bu tədbirdə tünd qırmızı kişi kostyumu, ağ köynək və qızılı qalstuk seçib. Onun obrazını gün eynəyi, iti burunlu ayaqqabılar və qızılı aksesuarlar tamamlayıb. Saçları buruq şəkildə düzəldilib, makiyajı isə təbii üslubda edilib.

Nilay 

Oxşar Xəbərlər