MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Reper Paşa Texnikin ölüm səbəbi açıqlandı

Reper Paşa Texnikin ölüm səbəbi açıqlandı

Rusiyalı reper Paşa Texnikin ölüm səbəbi ağciyər infeksiyası olub.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı onun direktoru Mark Flink (Yarovnı) şəxsi Telegram kanalında yayıb.

O bildirib ki, nəhayət sənədləri əldə etmək mümkün olub və ölüm şəhadətnaməsində həkimlərin rəyinə əsasən “ağciyər infeksiyası” göstərilib.

Xatırladaq ki, Paşa Texnik 4 aprel tarixində, 40 yaşında Tailandda dünyasını dəyişib. 27 martda o, ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Vəziyyəti bir müddət stabilləşsə də, sonradan pisləşərək klinik ölüm keçirib və bir neçə saat sonra vəfat edib.

Reperdən 6 yaşlı oğlu və yaşlı anası qalıb. Cənazənin vətənə gətirilməsi və dəfn xərclərini onun direktoru qarşılayır. Ümumi xərclərin 5 milyon rubl təşkil etdiyi bildirilir. Flinkin sözlərinə görə, bu işdə çoxlu sayda insan maliyyə dəstəyi göstərib. Yardım edənlər arasında reper Basta, Roma Baza və Aleksandr Zubaryov da var.

Qeyd edək ki, psixoloq-narkoloq Vasili Şurov, Texnikin 40 yaşına qədər yaşamasını “möcüzə” adlandırıb. Onun sözlərinə görə, reper uzun illər narkotik maddələr və alkoqoldan istifadə edib.

Ayxan 

Oxşar Xəbərlər